NATO-ya üzv bir neçə ölkə Ukraynaya F-16 qırıcılarının yaxın zamanlarda tədarük olunacağını elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coane alyansın Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib.
“NATO ölkələri Ukraynaya on milyard dollardan çox silah-sursat tədarük edib. Bu yaxınlarda Kiyevə F-16 təyyarələrinin də tədarükü başlayacaq”, – deyə Mirça Coane bildirib.