Köpük mürəbbə bişirmə prosesində əmələ gələn əlavə tərkib hissəsidir.
Milli.Az lent.az-a istinadən bildirir ki, köpüyün yaranmaması üçün seçdiyiniz meyvə yaxşıca yuyulmalıdır.
Yaxşı olar ki, meyvələri bir dəfə deyil, bir neçə dəfə suda isladın.
Mürəbbə bişirməyi planlaşdırdığınız qab da təmiz olmalıdır.
Araşdırmalara görə, şəkərin keyfiyyəti də köpüyün əmələ gəlməsinə təsir edir.
Mürəbbə bişirərkən istifadə edəcəyimiz şəkər yüksək keyfiyyətli olmalıdır.
Milli.Az