Moldovanın ilk prezidenti Mirça Snequr vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə onunla birgə işləmiş baş nazirin keçmiş müavini Konstantin Tampiza öz feysbuk səhifəsində məlumat verib.
“13 sentyabr, saat 23:30-da Moldova Respublikasının Prezidenti Mirça Snequr sağalmaz xəstəlikdən vəfat etdi”, – sosial hesabında yazıb.
Qeyd edək ki, Mirça Snequr 1990-cı il sentyabrın 3-dən 1996-ci il dekabrın 1-dək Moldovanın prezidenti olub.