Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Haseke ərazisində yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatının “rəhbər şəxsi” Hicran İcuzu məhv edilib.
Onun “silahlı qadınlar və gənclər təşkilatı”nın “rəhbəri” olduğu qeyd olunub