Milli Məclis işsizliyə görə müavinət üçün sığorta stajının müddətinin azaldılmasını təsdiqləyib.
“Report”un xəbərinə görə, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.
Əvvəllər isə bu müddət 30 ay idi.
Qanuna dəyişikliklər səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.