“Sabah”ın düşərgəsində ayrılıq baş verib.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, komandanın liderlərindən biri olan Con Leys Mikels Masazır klubundan ayrılıb.
Səudiyyə Ərəbistandan yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişməyə qərar verib.
29 yaşlı futbolçu 2021-ci ildən “Sabah”ın şərəfin qoruyur. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb.