Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb. Sakit Rəhimov idarə etdiyi “Hyundai Azero” markalı avtomobillə hərəkətdə olarkən, piyada 65 yaşlı Xanağa Abdullayevi vurub. Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətdən xəstəxanada ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?