Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.
Sonxeber.az-ın xəbərinə görə, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.
“Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik”.
MSK sədri qeyd edib ki, fevralın 9-da isə ilkin, lakin qeyri-rəsmi nəticələri elan edəcəklər.
“Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə srçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik”.
Sonxeber.az