Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan onlinexeber.com-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Hoçaz kəndinin ərazisində yabanı halda bitən 1 ton çəkidə 5733 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.