Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub – YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi məlum olub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəzada rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.

Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

18:09

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə yuvarlanaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?