Kiyevdə Rusiyanın raket hücumu nəticəsində yaralananların sayı 45-ə yüksəlib

 

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumunun dəf edilməsi zamanı 45 dinc sakin yaralanıb.

 

“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

 

Onun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfərə yerindəcə tibbi yardım göstərilib.

 

Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb.

 

Qeyd edək ki, teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “Iskander” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.

 

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?