“Fransa Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satır”.
“Report” xəbər verir ki, bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazıb.
Bildirilib ki, hərbi yardım təkcə birgə təlimlərlə kifayətlənmir, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri satır.
Qeyd olunub ki, söhbət Ukraynaya göstərilən silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir.
Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki məlum deyil.
Xatırladaq ki, oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada həmkarı Sebastyan Lekornu ilə görüşüb. Nazirlər müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.