İsrail əsirlərin azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HƏMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.
“Report”un məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.
Təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea tərəfindən HƏMAS ilə danışıqları bərpa etmək, qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan 40-a yaxın əsirin azad edilməsini təmin etmək məqsədi ilə irəli sürüb.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox uşaqlar, qadınlar və qocaların girov götürülməsi ilə müşayiət olunub.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.