İraqın paytaxtı Bağdadın mərkəzində ciddi mühafizə olunan “Yaşıl Zonada” yerləşən ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.
“Report”un məlumatına görə, bu barədə “Shafaq News” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“ABŞ-nin Bağdaddakı səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib, binanın içərisində həyəcan siqnalları səslənib. İlkin məlumata görə, səfirliyin ətrafına bir neçə raket atılıb”, – mənbə bildirib.
Bu hücumun arxasında kimin ola biləcəyi barədə hələ məlumat yoxdur.