Ermənistanın xarici işlər nazirinin müavini Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirmişdir. O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar etmişdir.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir. Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir.