İsrailin Baş naziri Binyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyinin “X” səhifəsində bildirilib.“Görüşdə iki ölkə arasında olan münasibətlər və gələcəyə dair perspektivlər müzakirə edilib”, – deyə paylaşımda bildirilib.