HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayı 800-ə çatıb

HƏMAS-ın silahlı qanadı plan “İzzəddin əl-Kassam” briqadasının hücumu nəticəsində həyatını itirən İsrail vətəndaşlarının sayı 800 nəfərə yüksəlib.

 

AZƏRTAC Kan radiostansiyasına istinadla xəbər verir ki, toqquşmalar nəticəsində, həmçinin 2 min 400 israilli yaralanıb.

 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə qəfil hücum edib. Qəzza sektorundan yəhudi dövlətinin ərazisinə, o cümlədən paytaxt Təl-Əvivə 2 mindən çox raket atılıb. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar bir neçə yaşayış məntəqəsini və hərbi bazanı ələ keçirib.

 

SAXAL isə öz növbəsində Qəzza sektoru ətrafında 80 kilometrlik bölgədə hərbi vəziyyət rejimi elan edib və cavab əməliyyatına başlayıb. Son məlumata görə, ehtiyatda olan 300 min hərbçi səfərbər olunub. İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?