Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) hazırkı heyətlərinə ən çox sərmayə yatıran klubların siyahısını dərc edib.
“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, ilk “100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.
Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” başçılıq edirlər.
İlk “100-lüy”ə Türkiyənin də üç klubu düşüb. “Fənərbağça” oyunçularının transferinə 114, “Qalatasaray” 84, “Beşiktaş” isə 54 milyon avro xərc çəkiblər.
İlk “10-luq”:
1. “Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro
2. “Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon
3. “Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon
4. PSJ (Fransa) – 1 milyard
5. “Arsenal” (İngiltərə) – 836 milyon
6. “Tottenhem” (İngiltərə) – 829 milyon
7. “Liverpul” (İngiltərə) – 770 milyon
8. “Real” (İspaniya) – 708 milyon
9. “Nyukasl” (İngiltərə) – 661 milyon
10. “Aston Villa” (İngiltərə) – 505 milyon