Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah, oktyabrın 17-də Livana gedəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, həmkarı Abdullah Bouhabiblə görüşəcək.
Tərəflərin ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.