Hacıqabul rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, yol qəzasında, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu ağır yaralanıb. Yaralı anlaqlı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümükün olmayıb.
Faktla bağlı araşdırma aparılır.