Tərtər rayonunda günəbaxan yığımı yekunlaşıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə bu il Tərtərdə 2049,5 hektarda günəbaxan əkilib, sahələrdən 5690,4 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 2022-ci ilə nisbətən 1 sentner artaraq 27,8 sentner təşkil edir.
Bundan başqa rayonda təkrar əkin olaraq, 327,2 hektarda da dən üçün günəbaxan becərilib.
Qeyd edək ki, günəbaxan Tərtər rayonunda kəndli fermerlərin və torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Sahələrdən yığılan günəbaxan təmizləndikdən və çeşidləndikdən sonra müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.