Güclü küləklə əlaqədar xəbərdarlıq edilib

Gün ərzində küləyin daha da güclənəcəyini nəzərə alaraq ehtiyatlı davranmaq tövsiyə olunur.

 

“Report”a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

 

“Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlanan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar”.

 

Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir.

 

Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir.

 

Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?