Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında iştirak edib

Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı ilkin istintaq başladılıb.

 

“Report”un məlumatına görə, bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən xəbər verir.

 

Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər.

 

Həmin vaxt broker şirkəti müştəriləri adından “BNP Paribas Securities Services” şirkətinin köməyi ilə investisiya əməliyyatları həyata keçirib.

 

Prokurorluğun məlumatına görə, “TCR International Limited” şirkətinin Fransadakı hesablarından 220 milyon avrodan çox şübhəli mənşəli vəsait keçib. Eyni zamanda, Rusiya və Ukrayna vətəndaşları bəzi şübhəli əməliyyatlarda iştirak ediblər.

 

“2019 və 2021-ci illər arasında bankın Fransadakı nağd hesabları vasitəsilə potensial şübhəli mənşəli vəsaitlərə uyğun gələn və ya aydın iqtisadi məntiqə malik olmayan bir neçə yüz milyon avro və dollar dövriyyədə olub”, – Paris prokurorluğu bildirib.

 

Nəşr qeyd edib ki, “TCR İnternational” Fransa hüquq-mühafizə orqanlarının diqqətini Amerika hakimiyyət orqanlarının “Vaqner” xüsusi hərbi təşkilatının və onun təsisçisi Yevgeni Priqojin tərəfindən istifadə oluna biləcək maliyyə şəbəkələri ilə bağlı araşdırmasında qeyd edildikdən sonra cəlb edib.

 

Paris prokurorluğu ABŞ Ədliyyə Nazirliyinin bununla bağlı Fransaya hüquqi yardım üçün sorğu göndərdiyini təsdiqləyib. Lakin Fransa hakimiyyətinin apardığı araşdırma hələlik Priqojin və onun strukturu ilə hər hansı əlaqəni aşkar etməyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?