Fransa oktyabrın 9-dan qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.
Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Qeyd olunub ki, komandalıq Fransa silahlı qüvvələrinin Nigerdən kənarda müvəqqəti yerləşdiriləcək yerini də müəyyən edib.
Hərbçilər Fransanın Saheldəki qüvvələrinin qərargahının olduğu qonşu Çada yerləşdiriləcək.