“Fitch Solutions” 2023-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu açıqlayıb.
Bu barədə “APA-Economics” reytinq agentliyindən bildirilib. Məlumata görə, “Fitch Solutions” real ÜDM-in artımı üzrə iyun proqnozunu dəyişməyərək 3,53% müəyyən edib.”Fitch Solutions” 2023-ci il üzrə Azərbaycanda illik inflyasiya proqnozunu yenidən 11,50% müəyyən edib. Agentlik “Bloomberg Consensus”la birgə inflyasiya proqnozunu isə 9,20%-dən 10,35%-ə kimi artırıb.