Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunun Ziya Bünyadov prospektindəki inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bazarda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20-dən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.