Xəbər verdiyimiz kimi, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Eyni zamanda aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü planlaşdırılır. Belə bir zamanada Ermənistanın atəşkəsi pozmaqda məqsədi nə ola bilər?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq bildiirb ki, Ermənistan Brüsseldə keçiriləcək görüş ərəfəsində qəsdən atəskəsi pozur
” Ermənistan artıq Azərbaycanla sülhə gəlmək yerinə tamami ilə, qərbin təxribatçı əlaltısına çevrilməyə doğru gedir. Bu gün Ermənistanın Azərbaycan əleyhinə fəaliyyət göstərməsi, ölkəmizin maraqlarımı təhtit etməsi, həmçinin Ermənistanda Avropa İttifaqının missiyası adı altında qərb cəsus şəbəkəsinin fəaliyyəti bunu göstərir. Ermənistan Avropa İttifaqı və ABŞ dövlət katibi Antoni Blinken arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində qəsdən Azərbaycanla sərhədlərədə növbəti dəfə atəskəsi pozur. Uzun müddətdir atəşkəslı bağlı nisbi sakitlik hökm sürürdü. Amma Ermənistan artıq Brüssel görüsü ərəfəsində vəziyyəti gərginləşdirməyə çalışır. Bu da Ermənistanın sülhdən uzaq olan, bölgəni təhtid edən bir ölkə olduğunu bir daha sübut edir. Bu gün artıq Ermənistan müstəqil siyasi qərar qəbul etmək iqtidarında deyil. Ermənist hansısa bir formada danışmaqda mümkün deyil. Ermənistan regionda və bölgəndə gərginlik ocaqları yaratmaq üçün əlindən gələni edir. Amma bu məsələdə məğlub tərəf Ermənistanın özü olacaq”.