Ötən ilin sentyabrın 19-da dünyasını dəyişən müğənni Emil Rəhmanoğlunun anası Ulduz xanımın ARB TV-nin “Günə Son” verilişində müsahibəsi efirə gedib.
Ölkə.Az xəbər verir ki, Ulduz xanım oğlu haqqında danışıb. Onun pis vərdişə başlamasını müğənniliklə əlaqələndirib.
“Əlinə pul gələndə həftə ilə yoxa çıxırdı, evə gəlmirdi. Artıq evə pul verməməyə başlamışdı. Onda bilirdik ki, pis vərdişi var. Atası onu dəfələrlə müalicə etdirdi, lakin o, düzəlmək istəyəndə köhnə “kruq” onu tapırdı. Hamı onun qazancından istfadə edirdi”, – deyərək ağlayıb.
Sonxeber.az