“Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü ilə bərpa etdi”.
Bunu “Report”a açıqlamasında pakistanlı beynəlxalq əlaqələr üzrə analitik Xalid Taymur Əkrəm deyib.
“Son üç ildə Azərbaycan erməni separatçılarını silahlarını təhvil verməyə, Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə reinteqrasiya olmağa, beynəlxalq ictimaiyyəti isə buna şərait yaratmağa çağırıb. 2020-ci ildə olduğu kimi, Azərbaycanın çağırışlarını heç kim eşitmədi”, – analitik bildirib.
Taymur Əkrəm əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində möhkəmlənmiş bölmələri və qeyri-qanuni erməni silahlı birləşmələri uzun illər çoxsaylı azərbaycanlının ölümünə səbəb olub: “Bu gün Qarabağ bölgəsində lokal antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə olunan razılaşma və separatçıların təslim olmaq qərarı Azərbaycan hökumətinin növbəti siyasi qələbəsidir”.