Əhali arasında yüksək təzyiq halları niyə artır? – Səbəb

Əhali arasında yüksək qan təzyiqi halları artıb. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. Bəs bunun səbəbi nədir

Məsələ ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az açıqlama verib.

Professor bildiirb ki, az hərəkətlilik və kökəlmə bunların hamısı qan təzyiqi yaradır:

“Qan təzyiqi genetik və sonradan qazanılan olur. Genetik irsi olaraq qan təzyiqinə meyilli insnalardır. Onlar erkən yaşdan artıq qan təzyiqin yüksəlməsi halları müşahidə edilir. Eyni zamanda təzyiqin artması həyat tərzi ilə də bağlıdır. Damarların erkən zədələnməsi, mübadilə pozuntusu, damarların elastikliyini itirməsi, az hərəkətlilik və kökəlmə bunların hamısı qan təzyiqi yaradır. Bu da erkən yaşda əmək qabiliyyətinin itirilməsi və müxtəlif fəsadlara gətirib çıxarır. Təsadüfi deyil ki, ürək damar xəstəliklərinin ağırlaşması və ölüm halları dünyada ən yüksək həddə çatıb. Azərbaycanda da əhalinin idmanla məşğul olmamaq, insanların aktiv hərəkətə meyilli olmamması, aşırı qida qəbulu, az hərəkətlilik daha ərkən ölüm hallarına gətirib çıxaran amillərindəndir. Bunun yeganə çıxış yolu həyat tərzinin sağlamlaşdırılmasından keçir. Bunun üçün də bir milli proqram hazırlanmalı və maariflənmə işləri də intensiv şəkildə aparılmalıdır”.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?