Bu ilin birinci yarısında Qarabağa dövlət büdcəsindən 1,9 mlrd. manatdan çox vəsait xərclənib.
“APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Bu isə 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin 65,6 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 %-nə bərabərdir.