İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən Milli.Az-a bildirilib ki, Fondun xətti ilə indiyədək 45 min 533 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 702 milyon 38 min 581 manatdır.
Milli.Az