“Yaponiya hakimiyyəti Asiya-Sakit Okean regionunda vəziyyəti ciddi şəkildə çətinləşdirən ölkənin yeni hərbiləşdirilməsi istiqamətində kurs aparır”.
“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Yaponiyada amerikalı kuratorların dəstəyi ilə hərbi infrastruktur fəal şəkildə genişlənir, xarici silahlar, o cümlədən hücum xarakterli silahlar alınır.
“Yaponiya bu gün unudulmaz tarixi qeyd etdiyimiz tarixdən dərs almalı və İkinci Dünya Müharibəsinin nəticələrini tam tanımalı, üçüncü müharibənin alovlanmasının qarşısını almaq üçün hər şeyi etməlidir. Öz xalqınızın xeyrinə militarist planlardan imtina edin”.