Dilşad Araz
Var olan yoxdan gəlirəm.
Eşit, kar qulağına qədər!
Sus, dilinə Veten bitər!
Var olan bir yoxda itər?
Var olan yoxdan gəlirəm!
Sən Vətənsən, sən yurtmusan?
Göz yaşımı qurutmusan,
Sən ruhunu unutmusan?
Yoldayam, çoxdan gəlirəm!
Vicdan alıb satanları ,
Torpağa düşən qanları,
Düşmən olma, yalanları
Gizləmə, haqdan gəlirəm!
Bir yol qalmadı dönməyə ,
Ölüm,torpaq sevinməyə,
Görmüşəm, birdə görməyə,
Demə nahaqdan gəlirəm!
Öldüm gəldim, bu günə mən ,
Gələrdim iman, dinə, mən!
Dərdimsən, dəymə, sinəmə
Çekilən oxdan gəlirəm!
Qelbini qurban veresen!
Yatasan Tanrı göresen,
Baxma sen,göresen,görersen ,
Qeyibden, dağdan gəlirəm .