Tez-tez aksırmaq heç də sağlamlıq üçün xoş əlamət deyil. əgər tez-tez asqıqırsınızsa, boğazınızda yanma varsa, burnunuz axırsa, bu, allergik rinitn göstəricisidir.
Axşam.az xəbər verir ki, allergik rinit son günlər ən çox yayılan xəstəlik növlərindəndir. Sağlamlığa ciddi ziyan vurun bu xəstəlik yaddaşı zəiflədir, hərəkəti çətinləşdirir, nəfəs almağa mane olur.
Mütəxəssislər bildirib ki, allergik rinitin səbəbi tam olaraq bəlli deyil. Buna səbəb kimi isə ilk növbədə hazır qidalardan çox istifadə edilmək göstərilib.
Xəstəlik bəzən özünü güclü, bəzən isə heç yoxmuş kimi göstərə bilər. Bu cür xəstəlikləri olanlar süd, yumurta, çiyələk kimi qidalardan uzaq durmalıdırlar.
Bunu qrip hesab edənlər isə dərhal həkimə müraciət etməli, müalicə almalıdırlar. Tozlu yerlərdə oturmaq xəstəliyin artmasına səbəb olur.
Xəstəlik zamanı tez-tez öskürmək isə allergik rinitin bronxlara təsir etməsidir. Bu həm də yuxu pozulmasına gətirib çıxara bilir. Bəzi hallarda isə qoxu hiss edə bilməyəcəksiniz.