Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləniblər
Hadisə dünən Naxçıvan şəhərində qeydə alınıb.
Şəhər sakinləri – 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları – 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Ruhiyyə Rəsulova Naxçıvanda jurnalist kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır.