Abṣeron rayonu Masazır qəsəbəsində antisanitar şərait haqqında baş redaktor Amil Hüseynov video çəkiliş edib. Çəklişdən də açıq aşkar görünür ki, ətraf sanki zibillik poliqonudur. Nəzəra alsaq ki, isti yay aylarında ərazidə zibilliyin bu çür qalaqlanması, o cümlədən vaxtı vaxtında götürülməməsi həm sahibsiz itlərin cəmləşməsinə, həm də üfunət qoxusunun ətrafa yayılmasına səbəb olur. Bu halın varlığı həm də xəstəlik mənbəyidir. Bu bir daha bəzi məmurların vəzifəsinin öhtəsindən gələ bilməməsinin əyani sübutudur. Necə olur ki, bu zibilliyə qərq olan ərazi cavabdeh məmurların gözlərindən yayınır. Həm də əhalinin sıx məskunlaşdığı bir ərazidə. Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq