Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Çin Xalq Respublikasının yaranması günü və ənənəvi bayramlardan olan “Payızın ortası” (Ay festivalı) münasibətilə 8 günlük tətildə ölkə daxilində 900 milyona yaxın turist səfərinin qeydə alınacağı gözlənilir.

 

AZƏRTAC xəbər verir ki, Çinin Mədəniyyət və Turizm Nazirliyinin proqnoza əsasən, “Qızıl həftə”də gözlənilən 896 milyonluq səfər ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz çox olacaq. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyənin 138 faiz çoxalaraq 782,5 milyard yuana (təxminən 107 milyard ABŞ dolları) şatacağı gözlənilir.

 

Çin Turizm Akademiyasının rəyinə əsasən, tətildə hava nəqliyyatı ilə 21 milyon, dəmir yolu ilə 190 milyon sərnişin daşınacaq. Çin Dəmir Yolları Korporasiyası tətilin ilk günü olan sentyabrın 29-da daşınan sərnişinlərin sayının 20 milyonu ötdüyünü, bu rəqəmin Çin üçün rekord olduğunu açıqlayıb. Tətilin ilk günü 70 milyona yaxın avtomobil səyahəti qeydə alınıb.

 

“Qunar” turzim şirkəti bayram günləri üçün otel bronlarının sayı pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artıb.

 

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan Ay festivalı bu il sentyabrın 29-na təsadüf edib. Ay festivalı və Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr 1949) münasibətilə sentyabrın 29-dan oktyabrın 7-dək qeyri–iş günləri elan edilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?