Çempionlar Liqası: “Qalatasaray” “Bavariya”ya uduzub, daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

 

AZƏRTAC xəbər verir ki, A, B, C və D qruplarında keçirilən oyunlardan sonra 1/8 finalın daha dörd iştirakçısı bəlli olub.

 

“Bavariya” Almaniyada Türkiyə “Qalatasaray”ına, İspaniya təmsilçiləri “Real Madrid” və “Real Sosyedad” evdə Portuqaliyanın, müvafiq olaraq, “Braqa” və “Benfika” klublarına, İtaliya “İnter”i isə Avstriyada “Zaltsburq”a qalib gələrək, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

 

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Siti” və Almaniyanın “Leyptsiq” komandaları 1/8 finala adlayıblar.

 

Çempionlar Liqası

 

Qrup mərhələsi, IV tur

 

A qrupu

 

00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) – 2:1

 

00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) – 4:3

 

Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.

 

B qrupu

 

00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:0

 

00:00. PSV (Niderland) – “Lans” (Fransa) – 1:0

 

Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.

 

C qrupu

 

21:45. “Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) – 1:1

 

00:00. “Real Madrid” (İspaniya) – “Braqa” (Portuqaliya) – 3:0

 

Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.

 

D qrupu

 

21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) – 3:1

 

00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya) – 0:1

 

Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zalstburq” – 3, “Benfika” – 0.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?