Gündəm

İNFRASTRUKTUR 26 İyun , 2024 15:34 Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə “Report”a Dövlət Dəniz və Liman Agentliyindən bildirilib. Məlumata görə, bu gün günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək: “Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-5,5 metrə çatacağı proqnozlaşdırılır”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti…

Bakıda metronun “Nizami” stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Cəfər Cabbarlı küçəsindən gedir. Orta yaşlı kişinin qucağında körpə uşaqla hər gün saat 22-23 radələrində bura gələrək, diləndiyi iddia edilir. İlkin məlumatlara görə, o, onunla maraqlananlara 6 övladının olduğunu və onları dolandırmaq üçün hər gün 6 aylıq körpəsi ilə bura dilənməyə çıxdığını deyir. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb: “Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məsələ araşdırılır

Bakıda metronun “Nizami” stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib. Oxu.Az xəbər verir ki, bu barədə…

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?