Cahit Bağçı: Heydər Əliyevin həyata keçirə bilmədiyi heç bir şey qalmayıb
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmadığını söyləyib.
“Report”un xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev uzaqgörən lider olub.
“Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın azadlığı idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini görməkdəyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, Ulu Öndərin həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmayıb”, – səfir deyib.
C.Bağçı söyləyib ki, Ümummilli Liderin Türkiyə ilə inkişaf etdirdiyi əlaqələri bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ən yüksək səviyyəyə qaldırıb: “Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnəkdir. Biz bunu Ümummilli Lider Heydər Əliyevdən miras aldıq və yaşatmaq əzmi ilə çalışırıq”.