$
Burkina-Faso hərbçiləri “Əl-Qaida” ilə əlaqəli qrupun liderini zərərsizləşdirib
Burkina-Faso hərbçiləri “Əl-Qaida” ilə əlaqəli qrupun liderini zərərsizləşdiribBurkina-Fasonun silahlı qüvvələri “Əl-Qaida” ilə sıx əlaqədə olan “Camaat Nüsrətül-İslam vəl Müslimin” qruplaşmasının 20-dən çox yaraqlısını, eləcə də onun ölkənin şimal-qərbindəki bölməsinin lideri Həsən İdrissu Bolini zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə yerli AIB agentliyi təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Afrika ölkəsinin ordu hissələri fevralın 20-də Muhun və Nayala əyalətlərinin sərhəddində gedən döyüşlər nəticəsində 26 terrorçunu və onların komandirini məhv edib. Bolinin 2019-cu ildən bəri Burkina-Fasonun qərbindəki Kossi və Banva əyalətlərində yaraqlılara rəhbərlik etdiyi, həmçinin Kinsere kəndində bölgədə ən böyük terror bazalarından birini yaratdığı iddia edilir.
Sonxeber.az