Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb

 

Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük veriləcək.

 

“Report”un Muğan bürosunun məlumatına görə, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə tərəvəz məhsullarının əkini planlaşdırılır.

 

Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.

 

Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz məhsulları becərilir.

 

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?