Biləsuvarda pambıq sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib

ASK

10 Avqust , 2023 21:29

Biləsuvarda pambıq sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib

Biləsuvarda pambıq sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib

Biləsuvar rayonunun Səmədabad kəndində pambıq sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib.

Bu barədə “Report”un yerli bürosuna bir qrup kənd sakini məlumat verib.

Onların sözlərinə görə, indiyə qədər sahələr üç dəfə suvarılmalı idi. Lakin cəmi bir dəfə suvarma işi apara biliblər: “Bundan sonra veriləcək suyun əkinə xeyiri olmayacaq. Belə vəziyyət davam edərsə, şirkətə külli miqdarda borcumuz yaranacaq. Hava şəraiti çox isti olduğu üçün 20 gündən-bir suvarma işi aparmalı idik. Lakin su olmadığı üçün belə bir şey mümkün olmayıb”.

Məsələ ilə bağlı Səmədabad Sudan İstifadəedənlər Birliyindən bildirilib ki, fermerlər birinci suvarma suyu ilə təmin olunublar. Artıq növbəli qrafik əsasında ikinci suvarma suyunun verilməsinə başlanılıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?