Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzemanın qardaşı fransalı hücumçunun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Fabrizio Romano məlumat yayıb.
“Saxta xəbərlərdir”, – Romano sosial mediada Benzemanın qardaşından sitat gətirib.
Qeyd olunur ki, bundan əvvəl “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinə keçmiş hücumçusu Kərim Benzemanı geri qaytarmaqda israr edib.
Xatırladaq ki, Benzema ötən yay azad agent statusu ilə “Əl-İttihad”a transfer olub. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.
“Transfermarkt” portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.
Sonxeber.az