Balakəndə repressiya qurbanlarına aid olduğu güman edilən qəbirlər aşkarlanıb

Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.

 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

 

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Ölən insanlar isə bu ərazidə dəfn ediliblər.

 

Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi araşdırılmalıdır:

 

“Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların repressiya qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?