Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:
“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Sonxeber.az