Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.
“Report” xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
***********
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 8:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə saat 09:00-da qılınacaq.
***********
Bakıda Ramazan bayramı münasibəti ilə namaz qılınıb.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 8:00-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.