Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər – QƏRAR

 

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər – QƏRARAzərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

 

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

 

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

 

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır. Mülki məsuliyyət sığortasının və yaxud zəmanətin məbləği hər 6 ayın orta istifadəçi sayına əsasən ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə yenidən hesablanır və tələb olunduqda 10 iş günü ərzində yenilənir. Təşkilat mülki məsuliyyət sığortasının və yaxud aldığı zəmanətin minimal məbləğinin hesablanması haqqında hesabatı bu Qaydaya uyğun olaraq hər il iyul və yanvar aylarının ilk 5 iş günündən gec olmayaraq AMB-yə təqdim edir.

 

Həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi halları istisna olmaqla, təşkilat minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə dayanıqlığının təmin edilməsidir.

 

Təşkilatın məcmu kapitalının minimum miqdarı nizamnamə kapitalının bu Qayda ilə müəyyənləşdirilmiş minimum miqdarından və aşağıdakı qaydada hesablanan məbləğdən az olmamalıdır. Ödəniş təşkilatının son 12 ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının 1/12 hissəsinə bərabər olan orta aylıq ödəniş həcmi (ÖH) hesablanır və ÖH-yə aşağıdakı cədvələ uyğun əmsallar tətbiq edilir:

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər – QƏRARAMB-nin Hüquq departamentinə bu qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?