Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib

Azərbaycanda casusluqda ittiham olunaraq həbs edilən Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.

 

“Report” xəbər verir ki, bunu onun atası Riçard Rayan “Agence France-Presse” (AFP) agentliyinə açıqlamasında bildirib.

 

“Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib”, – R.Rayan deyib.

 

O bildirib ki, ailə artıq Martinlə danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini söyləyib.

 

Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılıb və məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. M.Rayan casusluqda ittiham olunur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?